Bakıda yanacaqdoldurma məntəqələrinin operatorlarını soyan dəstənin 2 üzvü tutulub
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də M.Davudoğlu küçəsindəki yanacaqdoldurma məntəqəsinin operatoru Xəyyam Şıxova, dekabrın 10-da Atatürk prospektindəki yanacaqdoldurma məntəqəsində oranın operatoru Dilavər Cəfərova və dekabrın 12-də C.Xəndan küçəsindəki yanacaqdoldurma məntəqəsində oranın operatoru Orxan Bayramova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş, Elşən Əhmədov və İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Yengibar Abbasov tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qrupun digər üzvü də müəyyən edilib və onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qrupun digər üzvü də müəyyən edilib və onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
518