Yanacaqdoldurma məntəqələrinə basqınlar edən dəstənin 2 üzvü tutuldu
Bakıda yanacaqdoldurma məntəqələrinə basqın edən dəstə üzləri zərərsizləşdirilib.
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda çoxsaylı quldurluq və soyğunçuluq hadisəsi törətməkdə şübhəli bilinən mütəşəkkil dəstənin iki üzvü – Elşən Əhmədov və Yengibar Abbasov bu gün saxlanılıb. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı bu ilin sentyabr, oktyabr və noyabr aylarında Binəqədi rayonunda yerləşən “Xəqani Petrol”, “Star”, habelə paytaxtın digər rayonlarında ümumilikdə 15 yanacaqdoldurma məntəqəsində soyğunçuluq və quldurluq əməlləri törətdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər yanacaqdoldurma məntəqələrinə gedərkən bahalı avtomobillərdən istifadə ediblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisələr törədilərkən istifadə olunan 2 ədəd “Mercedes ML” markalı və 1 ədəd “Toyota Prado” markalı avtomobil müəyyən edilərək Polis İdarəsinə gətirilib.
Binəqədi RPİ-dən, həmçinin bildirilib ki, sözügedən dəstənin daha bir neçə üzvü axtarışdadır. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində tədbirləri davam etdirir.

659