Nazpəri Dostəliyeva: “Narahatlığa səbəb yoxdur”
Xalq artisti Nazpəri Dostəliyevanın avtomobil qəzasına düşən oğlunun vəziyyəti normaldır. Bu barədə Lent.az-a xanım müğənninin özü məlumat verib: “Mətbuatda yazılan xəbərlər əsilsizdir. Əli hazırda evdədir. Vəziyyəti yaxşıdır. Axşamdan evə gəlib. Özünü yaxşı hiss edir. Saat 2-də televiziya çəkilişim var. Çəkilişə gedəcəm. Hər şey qaydasındadır. Xəsarət görən maşındır, vəssalam! Narahatlığa səbəb yoxdur!”
Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsi 28 may küçəsində baş verib. 1980-ci il təvəllüdlü Quliyev Əli Nəriman oğlu idarə etdiyi “Mercedes”i Qaradağ rayon İcra Hakimiyyəti binasının qarşısındakı kiçik dairədəki dirəyə çırpıb. Avtomobil yüksək sürətlə hərəkət etdiyindən sürücü ağır xəsarətlər alıb.
Mətbuatda yazılan ilkin məlumata görə, guya o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Lalə Yusifqızı

Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57