Şahmatçılarımız mükafatlandırıldı
Dekabrın 17-də Azərbaycan Şahmat Federasiyasında (AŞF) 2010-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, federasiya rəhbərliyi və şahmat ictimaiyyəti nümayəndələrinin qatıldığı toplantıda il ərzində əldə edilən nailiyyətlərdən danışılıb.
AŞF prezidenti Elman Rüstəmov ölkəmizdə şahmatın müvafiq dövlət proqramına uyğun inkişaf etdirildiyini bildirib. Onun fikrincə, Azərbaycanda şahmat daha da populyarlaşıb, şahmatçılarımız isə həm fərdi, həm də komanda yarışlarında parlaq qələbələr qazanıblar. Rüstəmov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında 3 – 8-ci yerləri bölüşdürən qadınlardan ibarət yığmamızın nailiyyəti xüsusi vurğulayıb. Federasiya başçısının fikrincə, bu, komandamızın böyük potensialından xəbər verir.
Rüstəmov ehtiyat qüvvənin də yetişdiyini vurğulayıb. O, fikirlərini əsaslandırmaq üçün yeniyetmələrdən ibarət yığmamızın dünya və Avropa çempionatlarında komanda hesabında I yeri tutduğunu xatırladıb.
Kişi şahmatçılarımızın da çıxışlarına toxunan AŞF prezidenti Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun 2011-ci ilin mayında keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazandıqlarını vurğulayıb. O, Məmmədyarovun Mixail Talın xatirə turnirində liderliyi bölüşdüyünü də qeyd edib. Rüstəmovun sözlərinə görə, hər iki şahmatçımızı gələn il gərgin sınaq gözləyir: “Həm Rəcəbov, həm də Məmmədyarov hazırkı formalarının pik nöqtəsindədirlər. Onlara iddiaçılar turnirində uğurlu çıxış etmələri üçün əlimizdən gələn köməyi edəcəyik. Hər ikisinin istedadı böyükdür, iddiaçılar turnirində güclü rəqabət yaradacaqlar. Heç kimin şansı onlarınkından çox deyil. Rəcəbovla Məmmədyarov da rəqibləri qədər şanslıdırlar”.
Rüstəmov sponsor köməyi göstərən banklara da minnətdarlıq edib.
AŞF-nin vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdirinin müavini İsgəndər Şəkinski, aparıcı qadın şahmatçımız Zeynəb Məmmədyarova, yığmamızın baş məşqçisi Fikrət Sideifzadə də əldə olunan nailiyyətlərdən danışıblar.
Ardından 2010-cu ildə fərqlənən şahmatçılarımız mükafatlandırılıblar. 8 yaşadək şahmatçılar arasında Avropa və dünya çempionu olmuş Abdulla Qədimbəyliyə pul mükafatından əlavə, “Unibank” tərəfindən qiymətli hədiyyə də təqdim olunub. Eyni zamanda, Ülviyyə Fətəliyeva, Vasif Durarbəyli, Xəyalə Abdulla, İzzət Kənan, Nərmin Kazımova, qadınlardan ibarət yığmamızın üzvləri pul mükafatına layiq görülüblər. Vasif Durarbəyliyə beynəlxalq qrossmeyster, Lyudmila Barışnikova, Vitali Safronov, Mirəli Məmmədzadə beynəlxalq dərəcəli hakim sertifikatı, 1 saylı Nəsimi Şahmat Məktəbinə isə kubok verilib.
AŞF prezidenti 2011-ci ildə şahmatçılarımızın nailiyyətlərini daha da yaxşılaşdıracaqlarına əminlik ifadə edib. Rüstəmov gələn il Bakıda Şahmat Sarayının təməlinin qoyulacağına inandığını da bildirib: “Bu yaxınlarda layihənin təqdimatı oldu. Yanvarda yeni təqdimat da keçiriləcək. Sonra isə layihəni ölkə rəhbərliyinə təqdim edəcəyik. Fikrimcə, 2011-ci ildə Şahmat Sarayının təməlqoyma mərasimini keçirə biləcəyik. Bu, bütün şahmatçıların və məşqçiləri toplaşdığı məkana çevriləcək”.
Federasiya başçısı kişilərdən ibarət yığmamızın 2009-cu ildə qazanılan Avropa çempionu adını təsdiqləməli olduqlarını bildirib. Rüstəmov həm də aparıcı şahmatçılarımızı gənclərlə məşğul olmağa çağırıb: “Bu gün bizim çox da böyük məşqçi potensialımız yoxdur. Siz də aparıcı şahmatçılar kimi gəncləri qəyyumluğa götürməli və davamçınızı yetişdirməlisiniz”.
Elşən MƏMMƏDOV

297