Adam öldürən ata və oğula hökm oxundu
Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər, Abşeron rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər Vilayət Sadıqov və onun oğlu Elgün Sadıqova hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, 2009-cu ilin dekabrında Vilayət Sadıqov və Elgün Sadıqov Kəlbəcər rayon sakini, məcburi köçkün kimi Xırdalan şəhərində məskunlaşmış 33 yaşlı Gülməmmədov Vaqif Mehman oğlunu qətlə yetiriblər. Hadisə V.Sadıqovun evində baş verib. Belə ki, o, nəvəsini göndərərək qonşuluqda yaşayan kürəkəni Vaqifi evinə çağırıb. Bu vaxt V.Sadıqovun oğlu Elgün də evdə olub. V.Sadıqov V.Gülməmmədovu tutub, E.Sadıqov da bıçaqla bir neçə dəfə zərbə endirib. V.Gülməmmədov aldığı çoxsaylı yaralar nəticəsində ölüb.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham olunurlar.
Şəhriyar Əlizadə

506