Neft-qaz kəmərlərinə qarşı “terror”un qarşısı alınıb -
Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə şərti döyüş əməliyyatı keçirib. Şirvanovka sərhəd keçid məntəqəsindən Azərbaycana keçərək ixrac qaz boru kəmərlərinə qarşı terror əməliyyatı həyata keçirməyə çalışan 5 nəfərlik təxribatçı dəstənin üzvləri zərərsizləşdirilib...
Bütün bunlar Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsi və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə keçirdikləri şərti döyüş əməliyyatı zamanı baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, təlim zamanı hər iki xidmətin əməkdaşları bir sıra əməliyyatlar həyata keçiriblər.
Öncə hər iki xidmətin əməkdaşları həyəcan siqnalı ilə hadisə yerinə istiqamətləndirilir. DSX-nin Xudat sərhəd dəstəsinin əməkdaşları tam döyüş vəziyyətinə gəlir. Dəstənin müvafiq bölmələri aidiyyatı üzrə əməliyyata hazırlaşır. Qısa zaman ərzində hərbçilər hadisə yerinə yollanır.
Eyni siqnalla XDMX-nin əməkdaşları da 5 nəfərdən ibarət “terrorçu dəstə”nin ixrac neft qaz boru kəmərində həyata keçirmək istədiyi əməliyyatın qarşısını almaq üçün səfərbər olunur. Qısa müddət ərzində şərti terrorçular zərərsizləşdirilir.
Təlimin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hallara hazır olmaq və asayişi pozmağa çalışan qüvvələr qarşı mübarizədə hər iki xidmət arasında əməkdaşlığı daha da gücləndirməkdir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Şimal Regional İdarəsinin rəisi Aqil Hüseynov Lent.az-a bildirib ki, təlimlərdə hər iki xidmətin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirib. Bu cür təlimlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Vəli Turan

2087