Yol Polisi xəbərdarlıq etdi
Heydər Əliyevin vəfatının ildönümü mərasimləri ilə əlaqədar dekabrın 12-də səhər saat 8:00-dan etibarən Fəxri Xiyaban – Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu haqda Lent.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V.Əsədovun sözlərinə görə, ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə belə bir qərar qəbul olunub. Əhalinin və avtomobil sürücülərinin nəzərinə çatdırır ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi - Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq dairəsi – Mətbuat prospekti, Mehdi Hüseyn küçəsi – Teleteatr binası və Parlament prospektinə bitişik digər ərazilərdə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və istiqamət dəyişdirilib.
Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

483