Yanacaqdoldurma məntəqəsində Türkiyə vətəndaşının 4800 manat pulu oğurlandı
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Bakı-Astara magistral yolunun 69-cu kilometrliyində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı olan Emin İbrahim Ali oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı “Azpetrol” yanacaqdoldurma məntəqəsində saxlayıb. Avtomobilə yanacaq vurduqdan sonra o, yaxınlıqdakı yeməkxanaya girib. Oğurluq da elə bu zaman baş verib. Hələlik şəxsiyyəti məlum olmayan şəxs maşından 4800 manat pulu oğurlayaraq qaçıb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma başlanıb.
Nizam Rza

484