Saxta pul kəsənlər azadlığa buraxıldılar
APA-nın məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Etibar Ağayev, Şaban Şəviyev, Vüqar İbayev və onun qardaşı Əli İbayev şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, təqsirləndirilənlər Etibar Ağayev, Şaban Şəfiyev, Vüqar İbayev və onun qardaşı Əli İbayev Biləsuvar rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2009-cu ilin noyabrında saxlanılıblar. Dəstənin aşkar edilməsində rayon sakini Müşfiq Poladov kömək edib. Belə ki, həmin şəxs Polis Şöbəsinə gələrək balıq satarkən 2 nəfər naməlum şəxsin ödəniş edərkən ona eyni nömrəli 2 ədəd 50 manatlıq pul əsginası təqdim etdiyini bildirib. Pulun saxta olduğunu bilənə kimi alıcılar mağazadan uzaqlaşıblar.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İsmətli kəndində adıçəkilən şəxslər 50 və 100 manatlıq saxta pulları satarkən hadisə yerində saxlanılıblar. Dəstə üzvlərinin yaşadıqları evlərə baxış keçirilərkən oradan 30 mindən artıq 50 və 100 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb. Onlar saxta pulları hazırlamaq üçün 3 ədəd rəngli surətçıxaran aparatdan istifadə ediblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204-cü (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunublar.

730