Bakıda Çeçenistan vətəndaşını soyan qadın tutuldu
08 dekabr 2010 12:16 (UTC +04:00)

Bakıda Çeçenistan vətəndaşını soyan qadın tutuldu

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 6-da Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Xedi Cipiyevanın çantasını oğurlamış Sumqayıt şəhər sakini Sevda Nuriyeva tutulub.

Həmin vaxt X.Çipiyevanın çantasında 800 ABŞ dolları, 280 rubl və 60 manat olub.

Qeyd edək ki, hadisə Binə Ticarət Mərkəzində baş verib və çantası oğurlanan çeçen qadın Bakıya alver məqsədi ilə gəlibmiş.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 531

Oxşar yazılar