Dinini dəyişməyən arvadını öldürən şəxs məhkəmə qarşısında
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həyat yoldaşını öldürməkdə təqsirləndirilən Salyan rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Alıyevin cinayət işi üzrə məhkəmə baxışı dekabrın 14-ə təyin edilib.
Qeyd edək ki, İlkin Alıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, 2010-cu il avqustun 1-də Mingəçevir şəhərində yaşayan Salyan rayon sakini, 1985-ci il təvəllüdlü İlkin Aydın oğlu Alıyev arvadı, 1988-ci il təvəllüdlü Yelena Aleksandrovna Şirinovanı qətlə yetirib. Aralarında yaranmış mübahisəyə səbəb İlkin Alıyevin Yelena Şirinovanın dinini dəyişdirərək xristianlıqdan islam dininə keçməyi tələb etməsi olub. Qadın buna qarşı olduğundan aralarında mübahisə düşüb. Nəticədə İlkin Alıyev Yelena Şirinovanın başını bıçaqla kəsib. Daha sonra o, polisə gedərək könüllü təslim olub.
Fərid

Oxşar yazılar

Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...
2 may 2025 , 23:44
70 yaşlı qadın sirkə turşusu içib öldü
2 may 2025 , 22:34
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb
2 may 2025 , 22:23
Davit İşxanyanın və qardaşının Qaradağlıda azərbaycanlı əhalini öldürülməsində iştirakı təsdiqləndi
2 may 2025 , 21:50
Bakının mərkəzində küçədən naməlum meyit tapıldı
2 may 2025 , 19:33
Bir ailənin 3 üzvü qazdan boğulub öldü
2 may 2025 , 18:53
Gecəyarı Bakıda evdən meyit tapıldı
2 may 2025 , 18:25