Yanacaqdoldurma məntəqəsində 3 nəfəri qətlə yetirən azərbaycanlının adı açıqlandı
Lent.az-ın “Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan əsilli Eldar Kərimovdur. Qaracala kənd sakinləri hadisədən xəbər tutduqdan sonra yanacaqdoldurma məntəqəsinin işçilərini güllələyərək qaçan Eldar Kərimovun cəzasını özləri vermək qərarına gəliblər. Polis onu qəzəblənmiş kütlənin əlindən alıb.
Qeyd edək ki, hadisə dekabrın 5-də baş verib. Eldar Kərimov gecə şəxsi avtomobili ilə Qaracala kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlib. Həmin vaxt yanacaqdoldurma məntəqəsi bağlı olub. Avtomobilinə benzin doldurulmasını tələb edən sürücüyə iş vaxtı olmadığı deyilib. Bundan əsəbiləşən Eldar Kərimov evə gedib və avtomat silah götürərək geri qayıdıb.
O yanacaqdoldurma məntəqəsinin işçilərinə atəş açıb. Nəticədə 23, 24 və 41 yaşlı 3 işçi həyatını itirib.

477