Telman İsmayılov ittihamları rədd etdi
03 dekabr 2010 16:20 (UTC +04:00)

Telman İsmayılov ittihamları rədd etdi

AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun özünün və ailəsinin noyabrın 24-də Moskvada yolda baş verən qalmaqala heç bir əlaqəsi yoxdur. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu AST şirkətlər qrupunun vitse-prezidenti, MDB-nin Dinlərarası Şurasının qəyyumluq komitəsinin həmsədri Abbas Abbasov söyləyib.

Azərbaycan baş nazirin sabiq müavini Abbas Abbasov deyib ki, nə AST şirkətlər qrupunda, nə də Telman İsmayılovun ailəsində xüsusi siqnallı avtomobillər yoxdur: “Biz ictimaiyyətin və dövlət orqanlarının xüsusi siqnallarla bağlı mövqeyini tam dəstəkləyirik”.

AST şirkətlər qrupunun vitse-prezidenti şirkətin mühafizə avtomobillərinin də olmadığını bildirib: “Moskvada yolda qalmaqalda iştirak edənlərin AST şirkətlər qrupuna və Telman İsmayılovun ailəsinə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, “RİA Novosti” agentliyi noyabrın 24-də “Lexus” avtomobilinin sürücüsü Aleksey Smirnovun xüsusi siqnallı VİP-avtomobili müşahidə edən avtomobillərə yol vermədiyi və avtomobillərdəki mühafizəçilərin Aleksey Smirnovu döyüb, maşına da bir neçə zərbə endirdiyi barədə məlumat yayıb. Agentlik həmin şəxslərin Telman İsmayılovun mühafizəçiləri olduğunun güman edildiyini yazıb. “RİA Novosti” yazıb ki, hüquq-mühafizə orqanlarındakı mənbə həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib. Məsələ ilə bağlı cinayət işi açılıb. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev xüsusi siqnalla Moskvada hərəkət edən və qalmaqal törədən “BMW” markalı avtomobilin kimə məxsus olduğunu araşdırmağı yol hərəkəti üzrə təhlükəsizlik departamentinin rəisi Viktor Kiryanova tapşırıb. Rəşid Nurqaliyev deyib ki, xüsusi siqnalla hərəkət edən avtomobillərin siyahısını Rusiya hökuməti müəyyənləşdirir və qanunsuz belə siqnallarla hərəkət edən avtomobillər olarsa, bu, cinayət məsuliyyətinə yol açır. Cinayət işi “məqsədli şəkildə mülkiyyəti məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb. Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar