Bakı-İstanbul və Krasnodar-Bakı aviareysləri təxirə salınıb
Bu barədə «APA-ECONOMICS»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. «Bu gün saat 05:25-də Bakıdan İstanbula uçmalı olan TK 339 saylı aviareys təyyarədə yaranan texniki səbəblərə görə təxirə salınıb. Hazırda biz İstanbuldan təyyarə gözləyirik ki, bu aviareys həmin təyyarə ilə yerinə yetiriləcək», - deyə hava limanından bildirilib.
Aerovağzalda həmçinin qeyd ediblər ki, Rusiyada qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Krasnodar aviareysi də təxirə salınıb: «Qeyri-sabit hava şəraiti səbəbindən saat 16:10-da yerinə yetirilməsi planlaşdırılan Rusiyanın «Atlant Soyuz» aviaşirkətinin J8 876 saylı Bakı-Krasnodar avisareysi bir qədər ləngiyəcək. Belə ki, Krasnodardan təyyarə hələ havaya qalxmayıb və Bakıya nə vaxt gələcəyi dəqiq məlumat deyil».

622