Baş Prokurorluq seçkilərlə bağlı cinayət işinin başlanması barədə məlumat yayıb
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlanıb. Cinayət işi həmin dairədən namizəd olmuş Vidadi İsgəndərovun seçki günü səsvermə prosesinə müdaxiləsi, seçki qanunvericiliyini pozması ilə bağlıdır.
Məlumatda qeyd olunur ki, seçki günü V. İsgəndərovun səsvermə prosesinə müdaxiləsi 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat Baş Prokurorluqda araşdırılıb.
Aparılan araşdırmaların nəticəsi olaraq faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə başlanan cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində davam etdirilir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 27-də keçirilən iclasında məruzəçi hakim Rafael Qvaladze bildirib ki, Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı seçki pozuntuları iddiası ilə bir dairə üzrə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb. Bu, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsidir. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.
Qeyd edək ki, MSK həmin dairədən Şəmsəddin Hacıyevi qalib elan edib.

Oxşar yazılar
Ağdamda 3 otaqlı ev yandı-VİDEO
1 may 2025 , 20:17
Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı
1 may 2025 , 19:32
Kişidi deyilən "uşaq oğrusu" qadın çıxdı - POLİSDƏN AÇIQLAMA
1 may 2025 , 18:12
“20 Yanvar”da özünü maşınların altına atan TUTULDU
1 may 2025 , 16:52
Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş xanım həbs olundu - VİDEO
1 may 2025 , 16:46
Qazaxıstanlı qadın Azərbaycanda öldü
1 may 2025 , 16:40
Dəhşətli qəzada gözü çıxıb yolun ortasına düşdü
1 may 2025 , 16:18