Azərbaycanda uşaq oğurluğunun əsasını qoyan Nardaran sakini İranda gizlənir
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, 60 yaşlı Dadaşov Balaqardaş Əlisəfa oğlu Nardaran sakinidir. 1995-ci ildən axtarışda olan B. Dadaşov Azərbaycanda “kidnepinq”in (uşaq oğurluğu) əsasını qoyub.
Azərbaycanda “kidnepinq” 1994-cü ilə təsadüf edir və həmin tarixdən başlayaraq ölkədə bu tipli cinayətlərə B. Dadaşov başçılıq edib. 90-cı illərin sonuna qədər “kidnepinq” kimi ağır cinayətlərdə əli olan B. Dadaşov bundan başqa adam girov götürmə, qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və. s hadisələr törətmiş silahlı birləşmələrə rəhbərlik edib.
Məsuliyyətdən yayınmaq üçün uzun müddət İraqda gizlənən B. Dadaşov son illər İrana gəlib. Hazırda bu ölkədə gizlənən cinayətkarın tutulması üçün barəsində beynəlxalq axtarış da elan edilib. Lakin İran İslam Respublikası heç bir beynəlxalq konvensiyaya qoşulmadığı üçün B. Dadaşovu tutaraq Azərbaycana gətirmək mümkün olmayıb.

1748