Tofiq Kazımova həsr olunmuş monoqrafiyanın təqdimatı keçirildi
Lent.az-ın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın çoxsaylı mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən teatrın direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov Tofiq Kazımovun Azərbaycan teatr tarixindəki müstəsna xidmətlərindən söz açıb. O, nəşr olunan kitabın teatr xadimləri ilə yanaşı, bütün ictimaiyyətin marağına səbəb olacağını deyib.
Kitabın müəllifi, eyni zamanda Tofiq Kazımovun tələbəsi olmuş, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə belə bir sənətkara həsr olunmuş kitabın müəllifi olduğuna görə qürur hissi keçirdiyini bildirib: “Tofiq Kazımov ustad sənətkar, əvəzolunmaz müəllim, böyük şəxsiyyət, vətənpərvər insan idi. Mən 40 ilə yaxındır ki, bu kitabın üzərində işləyirəm və bu tarixi birinci kursdan hesablayıram. Mən Tofiq Kazımovu ilk dəfə gördüyüm andan onun haqqında nə zamansa kitab yazmağı özlüyümdə arzu etdim. Tofiq Kazımov özünə məxsusluğu ilə seçilirdi. Mənə, eləcə də Azərbaycan teatrının inkişafında böyük rol oynayan sənətkarlara uzun bir sənət yolu öyrətdi. Mənim dünya görüşümdə, sənətə baxışımda bir inqilab törətdi”.
Tədbirdə bir çox teatr xadimləri çıxış edərək Tofiq Kazımov barədə xatirələrini bölüşüblər. “Savalan” qrupunun ifasında Tofiq Kazımova həsr olunmuş “Rəngdir” mahnısı ifa olunub. Daha sonra “Üçüncü zəng” sənədli filminin təqdimatı keçirilib. Teatrın foyesində Tofiq Kazımovun həyat və yaradıcılığını əks etdirən foto sərgi nümayiş etdirilib.
Xəyalə Muradlı

882