Bakı Metropolitenində qatar tuneldə qalıb
Bu barədə Lent.az-a vaqonda olan sərnişinlərdən biri məlumat verib.
Metro qatarı 15 dəqiqə, saat 10:20 radələrindən 10:35 radələrinədək “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə dayanıb. Qatarın maşinisti sərnişinlərin təlaşa düşməməsi üçün bildirib ki, qatarın tuneldə dayanması texniki səbəblə bağlıdır. 15 dəqiqə sonra qatarın hərəkəti bərpa olunub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məsələdən xəbərdar olduqlarını bildirib və Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Etibar İsayevlə əlaqə saxlamağımızı məsləhət görüb. Etibar İsayevlə əlaqə saxlamaq mümkün olmayıb.

1267