Moskvada güllələnən azərbaycanlı ilə bağlı yeni təfərrüatlar –
26 noyabr 2010 11:10 (UTC +04:00)

Moskvada güllələnən azərbaycanlı ilə bağlı yeni təfərrüatlar –

Xəbər verdiyimiz kimi, noyabrın 25-də yerli vaxtla saat 20:30-da Moskvada azərbaycanlı iş adamının avtomobili atəşə tutulub. Lent.az-ın məlumatına görə, iş adamı özü zərər çəkməsə də, onun sürücüsü ağır yaralanıb.

Cinayət Bolşaya Tulskaya küçəsində, “Yerevan Plaza” ticarət mərkəzinin yaxınlığında baş verib. Azərbaycanlının “Mercedes” markalı maşını yaxınlıqdakı avtomobil yuma məntəqəsindən çıxanda, onun qarşısını içində killerlər olan maşın kəsib. Avtomobilin atəşə tutulması nəticəsində sürücü idarəetməni itirib və “Mercedes” qarşıdan gələn digər avtomobillə toqquşub.

Hələlik avtomobilin sahibinin adı açıqlanmır. Onun azərbaycanlı olduğu bildirilir. Sui-qəsdə məruz qaldan şəxsin avtosalonu var. Onun sürücüsü də azərbaycanlıdır. 25 yaşlı sürücü Anar Sadıqov ağır yaralanıb və onu Sklifosovski adına İnstitutda əməliyyat ediblər. Hazırda Anar Sadıqovun yerləşdirildiyi reanimasiya şöbəsi milis nəzarətinə götürülüb. Killerləri tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Moskva milisi qara rəngli “Mercedes”in nömrəsinə xüsusi olaraq diqqət yetirir. Hüquq mühafizə orqanları bildirirlər ki, “m867mm77” nömrəsi “bərkgedən” nömrə sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar