Zərdabda avtomobil körpüsü uçub
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər 8.30 radələrində baş verib. 54 metr uzunluğu, 7 metr eni olan körpünün 30 kvadratmetrinin səki hissəsinin uçduğu bildirilir.
Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-ya açıqlamasında bildirib ki, körpünün uçması barədə məlumat daxil olan kimi, İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin iştirakı ilə toplantı keçirilib, vəziyyətdən çıxış yolları, körpünün bərpası barədə müzakirələr aparılıb.
Onun sözlərinə görə, körpü ötən əsrin 70-ci illərində tikilib. Hazırda polis ərazidə gediş-gəlişə nəzarət edir. Xəsarət alan yoxdur.

440