Biləsuvarda 24 yaşlı gəncin bağırsağından 30 qr heroin çıxarıldı
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı sakini Səbuhi Məciyev qəfildən komaya düşüb. 24 yaşlı gənc təcili sürətdə rayon xəstəxanasına çatdırılıb.
Xəstəni müayinə edən həkimlər qəribə halla rastlaşıb. Tibb işçiləri onun düz bağırsağında heroin olduğunu müəyyən ediblər və narkotiki çıxarıblar. Məlum olub ki, S.Məciyev düz bağırsağında 30 qram heroin daşıyırmış.
Narkotikin onun bağırsağına necə və hansı məqsədlə düşməsi araşdırılır.
Nizam

412