Sumqayıtda dəhşətli faciə
Sumqayıtda faciə baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 4-də yaşayan 30 yaşlı Gülşən Hacıyeva 3-cü mərtəbədən yıxılıb.
Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun 8 aylıq hamilə olduğu bildirilir.
Polis İdarəsindən bildirilib ki, G. Hacıyeva yaşadığı evin eyvanında paltar sərərkən ehtiyatsızlıqdan yıxılıb. Lakin onun özünə qəsd etməsi faktı da istisna edilmir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

537