Qəzada həlak olan zəvvarlarımızın meyiti Bakıya gətirildi
Noyabrın 23-də Türkiyənin Sivas vilayətində baş verən yol qəzasında ölən 5 azərbaycanlı zəvvarın cənazəsi bu gecə Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, AZAL-ın göndərdiyi təyyarə ilə müalicəsi başa çatmış 16 nəfər də Sivasdan Bakıya göndərilib. 13 nəfər isə Türkiyə xəstəxanalarında müalicələrini davam etdirir.
Lent.az-a verilən məlumata görə, noyabrın 25-də saat 02.00 radələrində Bakıya gətirilən cənazələr Təzə Pir məscidinə aparılıb və bu gün səhər yaxınlarına təhvil veriləcək. Müalicəsini başa vurmuş zəvvarlar isə evə buraxılıb. Gecə saatları olmasına baxmayaraq, Binə Hava Limanında zəvvarları qarşılayan xeyli insan olub.
Xatırladaq ki, hadisə nəticəsində həlak olanlar Əhmədov Səməd Nazir oğlu (28 yaş), Hacıxanım Əlicanova (66 yaş), Solmaz Baxşəliyeva (69 yaş), Zemfira Dadaşova (45 yaş) və Məhərrəm Kərimovdur (72 yaş).
Nizam Rza

Oxşar yazılar

Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27
Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı
19 iyul 2025 , 15:14
Azərbaycanda bu qadın axtarışa verildi - 20 gündür YOXDUR
19 iyul 2025 , 14:51
Bakıda qızlar küçədə "saçyoldu"ya çıxdı
19 iyul 2025 , 13:37