“Baku Steel Company”nin ərazisində döyüş sursatları aşkarlanıb
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Belə ki, aidiyyəti qurumlar məlumatlandırılıb və hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan zavoda emal üçün gətirilmiş metal qırıntılarının arasında zavod əməkdaşları tərəfindən partlamamış döyüş sursatları aşkarlanıb.
Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 1 ədəd istifadə üçün yararlı “RQO” qəlpəli əl qumbarası, 4 ədəd “MUV-1” modernləşdirilmiş universal partlayıcı, 1 ədəd “SPQ-9” mərmisi və 14 ədəd 16mm fişəngin olduğu müəyyən edilib. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.
Axtarış işləri nəticəsində qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkarlanmayıb. Əməliyyat saat 14:45-də başa çatdırılıb.

565