Ukraynalı həkimlər qanunsuz transplantasiyanı ABU-da həyata keçirib
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında araşdırma aparıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edib.
“Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirib. Müəyyən olunub ki, ABU nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozub, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq, böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar” – deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, məhkəmə qərarına əsasən, tibb mərkəzində aparılmış axtarış zamanı üzərlərində transplantasiya əməliyyatları həyata keçirilmiş donor və resipiyentlərin tibbi sənədləri aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı həmçinin o da müəyyən edilib ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün müvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməyib. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılıb.
Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalarla digər özəl və dövlət tibb müəssisələrində belə qanunsuz cərrahiyyə əməliyyatlarının aparılması halları aşkarlanmayıb.
İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən ABU nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Hazırda işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nizam Rza

455