Qadınları fahişəliyə cəlb edən iki nəfər tutulub
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qadınları fahişəliyə cəlb edən iki nəfəri yaxalayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev və Bakı şəhər sakini Nuranə Quliyeva saxlanılıb. Onların gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri faktları müəyyən olunub.
Hər iki fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
Hər iki fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
517