Ölən zəvvarların cəsədlərinin bu gün Bakıya gətiriləcəyi gözlənilir
Türkiyədə qəza nəticəsində ölən və yaralanan azərbaycanlı zəvvarların bir qrupu bu gün günortadan sonra Bakıya yola salına bilər. Bu barədə Lent.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov məlumat verdi. O, həmçinin bildirdi ki, yaralılardan 7-nin vəziyyəti xüsusilə ağırdır: “Bizdə olan rəsmi məlumata görə, 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Onlardan 7-nin vəziyyəti daha ağırıdır, ancaq həmin şəxslərin adlarını hələlik açıqlaya bilməyəcəm. Bu barədə Sivas valiliyindən rəsmi məlumat gəlməyib”.
Səfirlik rəsmisi onu da bildirdi ki, qəza xəbəri yayılan kimi İstanbuldakı nümayəndəlikdən bir qrup işçi təcili qəza baş verən yerə yollanıb: “Qəzadan bir neçə sat sonra isə, gecə saatlarında cənab səfir Faiq Bağırov özü Sivasa yollandı. Hazırda orda təşkilati məsələlər həll olunur. Güman var ki, bu gün günortadan sonra xüsusi aviareyslə yaralılardan bir qrup və dünyasını dəyişmiş insanların cəsədi Azərbaycana göndərilsin. Lakin bu məsələ hələ dəqiq həllini tapmayıb”.
Qeyd edək ki, azərbaycanlı zəvvarları daşıyan avtobus Sivasın Şarıqışla rayonunun Dökmetaş kəndində qəzaya uğrayıb. Asif Babayevin (45 yaş) idarə etdiyi 90 DS 393 yoldan çıxaraq, aşıb.
Nizam Rza

Oxşar yazılar

Bakıda qadının meyiti hamamda TAPILDI
1 may 2025 , 10:56
Samuxda 62 minlik qoyun-keçi oğurlandı
1 may 2025 , 10:28
Kartlardan 30 min manatdan çox pul oğurlandı
1 may 2025 , 10:26
“Tərtər işi” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
1 may 2025 , 10:16
Bakıdan icarəyə maşın götürüb Şəkidə mal-qaraları oğurladılar - VİDEO
1 may 2025 , 10:06
Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü
1 may 2025 , 09:39
Bakıda qiraətçi hamamda boğulub öldü
1 may 2025 , 09:23