Bakıda hərbçilər qəzaya düşdü: 2 ölü
24 noyabr 2010 10:48 (UTC +04:00)

Bakıda hərbçilər qəzaya düşdü: 2 ölü

Noyabrın 24-də saat 02:40-da Bakı şəhəri, Səbail rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə M.Hüseynov küçəsi 7 ünvanında olub və iki nəfər ölüb.

Bakı şəhər sakini Əhmədov Fərid Mehman oğlu özünə məxsus olan 10 OG 772 dövlət nömrə nişanlı “Opel Vita” markalı avtomobili dostu Hüseynov Kamil Şura oğluna verib. K.Hüseynov gecə maşınla şəhəri gəzməyə çıxıb və qəza törədib. O, qəflətən idarəetməni itirib və maşını yolun kənarındakı dirəyə çırpıb. Nəticədə K.Hüseynov və sərnişini, Salyan sakini Almazov Fuad Oqtay oğlu hadisə yerindəcə keçinib.

Qeyd edək ki, ölən gənclər Hərbi Dəniz Qüvvələrinin zabitləri olub.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar