Allahşükür Paşazadə təcili Almaniyadan Türkiyəyə gəlib
Azərbaycanlı zəvvarları Vətənə gətirən avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması səbəbindən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə təcili olaraq Türkiyəyə yollanıb. Bu barədə Lent.az-ın məlumatını İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova təsdiqləyib: “Şeyx həzrətləri səhhəti ilə əlaqədar qısa müddətli məzuniyyət götürmüşdü və Almaniyada idi. Bu xəbəri eşidəndən sonra Almaniyadan gecə ilə Türkiyəyə gəlib. O, özü bütün təşkilati məsələlərə rəhbərlik edəcək”.
Azərbaycanın Türkiyədəki səfiri və digər yüksək vəzifəli şəxslər də hadisə ilə bağlı Sivasa gəlib.
Qeyd edək ki, ilkin məlumatlara görə, qəza nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Lakin yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir.
Nizam Rza

485