Aviasiya qəzası zamanı Vahid Əlaqələndirici Axtarış və Xilasetmə Mərkəzi yaradılacaq
23 noyabr 2010 17:27 (UTC +04:00)

Aviasiya qəzası zamanı Vahid Əlaqələndirici Axtarış və Xilasetmə Mərkəzi yaradılacaq

Nazirlər Kabineti “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nı təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata gör, bu qaydalar Azərbaycan Respublikasının ərazisində aviasiya hadisəsinə (qəzasına) məruz qalan milli və xarici hava gəmilərinin, onların sərnişinlərinin, ekipajının axtarışı və xilas edilməsi üzrə axtarış və xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi, xilasetmə qüvvə və vasitələrinin xüsusi ləvazimatlarla təchizatı, həmçinin zərərçəkmişlərə yardım göstərilməsi, onların hadisə yerindən təxliyyə edilməsinə yönəldilmiş əsas tələbləri müəyyən edir.

Qaydalar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçilərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, hava hərəkətinə xidmət üzrə yerli təşkilatlara, hava limanları və aerodromlara şamil olunur.

Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisinə və bu hadisədən sonra sağ qalanlara kömək məqsədi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla, müvafiq olaraq ərazi suları, habelə ətraf ərazilər də daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən axtarış və xilasetmə regionu hüdudlarında aviasiya axtarış-xilasetmə bölmələrinə malik olan Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Dövlət Sərhəd Xidmətinin və aviasiya axtarış-xilasetmə bölmələrinə malik olan digər təşkilatların iştirakı ilə axtarış və xilasetmə işləri aparılır.

Müdafiə Nazirliyinin aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi, o cümlədən Müdafiə Nazirliyinə məxsus olan ərazilərdə axtarış və xilasetmə ilə bağlı işlər müvafiq olaraq Müdafiə Nazirliyinin müraciəti və razılığı ilə həyata keçirilir.

Aviasiya hadisəsi (qəzası) baş verdikdə, qüvvə və vasitələrin idarə olunması, əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Respublika Baş Prokurorluğu, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və digər təşkilatlardan ibarət Vahid Əlaqələndirici Axtarış və Xilasetmə Mərkəzi yaradır. Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi yaradılmadığı təqdirdə, Fövqəladə Hallar Nazirliyi Vahid Əlaqələndirici Axtarış və Xilasetmə Mərkəzinin səlahiyyətlərini yerinə yetirir.

Aviasiya axtarış-xilasetmə bölmələrinin hazırlığı müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən təsdiq edilmiş və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqramlara əsasən həyata keçirilir. Aviasiya axtarış-xilasetmə bölmələrinin vəzifələri, tapşırıqları, növbətçilik qaydaları, axtarış və xilasetmə işləri zamanı onların hərəkətləri müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının və digər təşkilatların rəhbərləri tərəfindən təsdiq olunmuş və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış təlimatlarla müəyyən edilir.

Müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tabeliklərində olan aviasiya axtarış-xilasetmə bölmələri tərəfindən axtarış və xilasetmə işlərinin həyata keçirilməsi, bölmələrin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla aşağıdakıları müəyyənləşdirir:
- aviasiya axtarış-xilasetmə bölmələrinin axtarış və xilasetmə işlərinin aparılmasına hazırlıq, həmçinin, hava gəmilərinin heyətinin ekstremal şəraitdə yaşayışa hazırlığı tələblərini;
- paraşüt-desant xilasetmə qruplarının tərkibini;
- axtarış-xilasetmə hava gəmilərinin, aviasiya axtarış-xilasetmə bölmələrinin təchizatı üçün avadanlıq və qəza-xilasetmə vasitələrinin siyahısını;
- axtarış-xilasetmə hava gəmilərinin, aviasiya axtarış-xilasetmə bölmələrinin heyəti üçün aerodromlarda xüsusi yerlərin təchizatına dair tələbləri;
- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə qəza xəbərdarlığının verilməsi qaydalarını;
- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmiləri barədə xəbərdarlıq alındıqda bölmələrin hərəkət qaydalarını;
- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmilərinin radiotexniki və vizual axtarışının həyata keçirilməsi metodikasını;
- axtarış və xilasetmə işlərinin aparılması zamanı istifadə olunan siqnalları;
- radiotexniki vasitələrdən istifadə etməklə aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmilərinin, onların sərnişin və heyətlərinin axtarışının keçirilməsi müddətlərini.

- axtarış və xilasetmə işlərinin təşkili və aparılması;
- qüvvə və vasitələrin idarə olunması və qarşılıqlı fəaliyyətinin təşkili.
Axtarış və xilasetmə işlərinin başlanması barədə qərar aşağıdakı hallarda qəbul edilir:
- hava gəmisindən fəlakət siqnalı alındıqda;
- fəlakəti müşahidə edən hava gəmisinin heyətindən məlumat alındıqda;
- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi barədə fəlakət şahidlərindən məlumat alındıqda;
- aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisi barədə hüquq mühafizə orqanları, müvafiq mərkəzi icra hakimiyyəti orqanları, digər təşkilatlar və ya yerli özünüidarəetmə orqanları tərəfindən məlumat alındıqda;
- hava gəmisi hesabat vaxtından sonra 10 dəqiqə ərzində təyinat nöqtəsinə çatmadıqda, 5 dəqiqədən artıq müddət ərzində onunla radio əlaqəsi kəsildikdə;
- hava gəmisinin heyəti enməyə icazə aldıqdan sonra müəyyən edilən vaxtda enmə həyata keçirilmədikdə və gəmi ilə əlaqə itirildikdə;
- hava gəmisi ilə radio əlaqəsi kəsildikdə və eyni zamanda radiolokasiya məlumatını əks etdirən cihazın ekranından hava gəmisinin nişanı yox olduqda, radiolokasiya nəzarəti aparılmadıqda isə radio əlaqə 5 dəqiqədən artıq müddət ərzində itdikdə.
Axtarışla bağlı tədbirlər nəticə vermədikdə, Vahid Əlaqələndirici Axtarış və Xilasetmə Mərkəzi hava gəmisinin sahibi və ya istismarçısı ilə razılaşaraq, axtarışın dayandırılması barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56