MTN narkotik və silah qaçaqmalçılığı ilə bağlı açıqlama yayıb
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaq yolla daşınması ilə məşğul olan, habelə mühafizə olunan dövlət sərhədini qanunsuz keçərək Azərbaycan Respublikasının ərazisinə odlu silah, döyüş sursatı və soyuq silah gətirmiş şəxslər yaxalanıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin tədbirlər zamanı ümumilikdə 61 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Arzu Nadir oğlu Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılıb, ondan 40 kiloqram 300 qram həşiş aşkarlanaraq götürülüb.
Məlum olub ki, Arzu Mahmudov və hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən həmin həşişi İrandan Rusiyaya yola saldıqları, içərisində xurma olan yük konteynerində gizlədiblər.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Astara rayon sakinləri – Məmmədov Vaqif Yadulla oğlu, Hidayətov Xocəhməd Ramazan oğlu və onun həyat yoldaşı Hidayətova Yaqut Kişi qızı, İbrahimov Zaur Kişi oğlu, Əhmədov Habil Məmmədhəsən oğlu və Əhmədov Mühəndis Məmmədhəsən oğlu saxlanılıblar.
Müəyyən edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.
Qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, 2010-cu ilin oktyabr ayının əvvəllərində Vaqif Məmmədov satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməsinə vasitəçilik göstərməsi üçün Zaur İbrahimova müraciət edib. Zaur İbrahimov bu barədə bacısı Yaqut Hidayətova və onun həyat yoldaşı Xocəhməd Hidayətov ilə danışıb cinayət əlaqəsinə girərək Vaqif Məmmədov üçün külli miqdarda narkotik vasitə tapmağı onlara tapşırıb. Yaqut Hidayətova və Xocəhməd Hidayətov Zaur İbrahimovla ümumi razılığa gəldikdən sonra sonuncu onlara bu işin müqabilində 1500 ABŞ dolları verəcəyini vəd edib. Bundan sonra, Yaqut Hidayətova və Xocəhməd Hidayətov tanışları Habil Əhmədovla satış üçün narkotik vasitə əldə etmək barədə razılaşıblar. Habil Əhmədov Astara rayonunun Pəlikeş kəndi yaxınlığında şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşları ilə görüşüb sifariş verdikləri 21 kiloqram 106,7 qram narkotik vasitə olan həşiş qətranını onlardan təhvil alıb və yaşadığı kəndin yaxınlığındakı meşədə gizlədib.
Habil Əhmədov sonradan həmin narkotik vasitəni Yaqut Hidayətova və Xocəhməd Hidayətovun yaşadıqları Astara rayonunun Vaqədi kəndindəki evlərinə aparıb orada Vaqif Məmmədovla Zaur İbrahimova təhvil verib. Vaqif Məmmədov həmin narkotiklərin müqabilində Habil Əhmədova 11 min 750 manat və 3 min ABŞ dolları verib. Vaqif Məmmədov narkotikləri Astara rayonunun Kolatan kəndinə gətirmiş və yaşadığı ünvanda gizlədərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Vaqif Məmmədovun yaşadığı ünvana keçirilmiş baxış zamanı 21 kiloqram 106,7 qram həşiş qətranı, həmçinin qrupun saxlanılmış digər üzvlərindən biri Habil Əhmədovun üstündən isə Vaqif Məmmədov tərəfindən ona verilmiş 11 min 750 manat və 3 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində müvafiq cinayət təqibi tədbirləri görülüb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq odlu silahı, döyüş sursatını və satış məqsədi olmadan soyuq silahı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən, eləcə də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirmiş İran İslam Respublikasının vətəndaşları Nəzəri İnye Sofla Əli Qulam oğlu və Rəhimi Rüstəm Təqi oğlu saxlanılıb.
Məlum olub ki, Əli Nəzəri və Rüstəm Rəhimi cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini gecə saat 02-03 radələrində pozaraq, Çexoslovakiya istehsalı olan 7,92 mm kalibrli yivli tüfəngi, həmin silaha aid 10 ədəd 7,92 mm kalibrli patronu, həmçinin uzunluğu 593 mm olan, kustar üsulla hazırlanmış metal xəncəri Azərbaycan Respublikasının Yardımlı qəsəbəsinə gətiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rəhimi və Əli Nəzəri saxlanılıb, onlardan qeyd olunan odlu silah, döyüş sursatı və soyuq silah aşkar olunaraq götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 318.2 (dövlət sərhədini qanunsuz kecmə), 228.2.1 və 228.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və soyuq silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Rüstəm Rəhimi və Əli Nəzəri təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

528