Həccdən qayıdan qazı yol qəzası törədərək ölüb
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün səhər saat 6:30 radələrində magistral yolun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan zonası üzrə qazısı və Şamaxı məscidinin Axundu 1949-cu il təvəllüdlü Məmişov Mustafa Məmiş oğlunun idarə etdiyi 10-JZ-847 dövlət nömrə nişanlı “Azsamand” markalı minik avtomobili qarşı tərəfdən gələn Qaradağ rayon sakini 1965-ci il təvəllüdlü Mustafayev Fazil Qədir oğlunun idarə etdiyi 10-BU-554 dövlət nömrə nişanlı “KamAz 55111” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində Hacı Mustafa dünyasını dəyişib. Müstəntiq Rafiq Həsənovun sözlərinə görə, müqəddəs Həcc ziyarətindən qayıdan Hacı Mustafa avtomobili özü idarə edirmiş və yuxusuzluqdan sükan arxasında yatıb və idarəetməni itirib. Hacı Mustafa avtomobildə tək olub.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
611