Sabirabadda tükürpədici olay
Bu gecə Sabirabadda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Qarağacı kəndində Pirverdi Nurəhməd oğlu Mahmudova məxsus ev yanıb. Nəticədə evdə olan 2010-cu il təvəllüdlü Mahmudova Zəhra Vasif qızı yanaraq ölüb. Ev sahibi 1 yaş 7 aylıq oğlu Gülverdini də götürərək evdən çıxa bilsə də, 8 aylıq qızını xilas edə bilməyib.
Rayon Prokurorluğundan onu da bildirdilər ki, hadisəyə şamın nəzarətsiz qalması səbəb olub. Belə ki, axşam kənddə işıq sönüb və evdə şam yandırılıb. Gecə isə şam söndürülməyib və yanğın başlayıb.
Qeyd edək ki, Qarağacı kəndi rayon mərkəzindən 45 kilometr aralı yerləşir və yanğınsöndürənlər yanğına vaxtında müdaxilə edə bilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.
Nizam Rza

501