Qubada maşını yol polisinin üstünə sürən şəxs yaxalanıb
22 noyabr 2010 14:49 (UTC +04:00)

Qubada maşını yol polisinin üstünə sürən şəxs yaxalanıb

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, R.Süleymanov xidmət aparan Quba RPŞ PPX-nin əməkdaşı, polis serjantı Elnur Süleymanovun qanuni tələbinə tabe olmayıb və maşınla onu vurub.

Nəticədə xəsarət almış polis nəfəri xəstəxanaya aparılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov tutulub. Onunla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar