Qan donduran təfərrüat: “Toyota”dan sürünə-sürünə çıxdı, “015”-in altında qaldı - YENİLƏNİB - FOTO
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Böyük Bəhmənli kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Elçin Mətləb oğlu idarə etdiyi “Toyota Land Cruiser 100”ü aşırıb. Hadisə Hacıqabul-Mincivan yolunun 167-ci kilometrliyində baş verib və 34 yaşlı sürücü qəza yerindəcə keçinib.
Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, E.Məmmədov maşının aşması zamanı ölməyib. Belə ki, sürücü qəza keçirəndən sonra birtəhər əzilmiş maşının içindən çıxıb və sürünə-sürünə yola doğru hərəkət edib. Bu zaman yol qaranlıq olub və arxadan sürətlə hərəkət edən “VAZ 21015” yaralının üstündən keçib.
Artıq “VAZ 21015”-in sürücüsü, Beyləqan rayon sakini Nemət Bayramov saxlanılıb. O, ilkin ifadəsində E.Məmmədovu vurduğunu etiraf edib.
Hadisə ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Nizam Rza

Oxşar yazılar

5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26
Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: özü və nəvəsi öldü - YENİLƏNİB
17 iyul 2025 , 14:16