Ermənilər ordudakı qırğını etiraf etdilər
20 noyabr 2010 16:56 (UTC +04:00)

Ermənilər ordudakı qırğını etiraf etdilər

Bu gecə Bakı vaxtı ilə 24.00 radələrində Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib.

APA-nın “ARMTODAY”a istinadən yaydığı məlumata görə, separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu, cinayət işi başlandığı və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib. “DQR Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan “ARMTODAY”ə ölən və yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib.

APA-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə isə qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib. Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib.

Bir az əvvəl “DQR-nin İnformasiya və Təbliğat Şöbəsi” isə bu gecə baş vermiş insident nəticəsində 4 erməni hərbçisinin ölməsi, 4-nün isə ağır yaralanması barədə məlumat yayıb. Qondarma qurum insident nəticəsində avtomatdan açılan atəş nəticəsində həqiqi hərbi xidmətdə olan Yesayan Levon Sosoviç (1991-ci il təvəllüdlü), Qaloyan Nerses Valeryeviç (1990-cı il), Saakyan Narek Vardanoviç (1990-cı il) və Sarkisyan Nver Martikoviç (1991-ci il) öldürülüb. Melkumyan Sarkis Akopoviç (1991-ci il), Aleksanyan Xaçik Sarkisoviç (1992-ci il), Qriqoryan Masis Mavrikoviç (1991-ci il) və Azroyan Manvel Armenoviç (1991-ci il) adlı erməni hərbçiləri isə müxtəlif dərəcəli xəsarət alıblar.

İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, qeyri-rəsmi mənbələrin məlumatına görə, bu insident erməni əsgərləri arasında baş verən münaqişənin nəticəsidir. Artıq insidentlə bağlı cinayət işi başlanıb və faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar