Günün tarixi
22 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1497. Səyyah Vasko da Qama Ümid burnuna (Cənubi Afrika) çatıb

1881. Türk sərkərdəsi Ənvər Paşa anadan olub

1890. Fransız general, siyasi xadim Şarl dö Qol anadan olub

1916. Amerika yazıçısı Cek London intihar edib

1918. Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib

1918. Polşa Respublikası elan edilib

1922. Bəstəkar Fikrət Əmirov anadan olub

1922. Yazıçı Hüseyn Abbaszadə anadan olub

1927. İran Fars körfəzindəki Bəhreyn adalarına iddia edib

1933. Kinorejissor Rasim Ocaqov anadan olub

1938. Aktyor Həsən Məmmədov anadan olub

1943. Ruzvelt, Çörçil və Çan Kay Şi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşıblar

1943. Livan müstəqilliyini elan edib

1947. İran parlamenti SSRİ ilə imzalanmış neft müqavilələrini ləğv edib

1950. Bəstəkar Cavanşir Quliyev anadan olub

1955. SSRİ ilk dəfə “RDS-37” adlı hidrogen bombasını sınaqdan keçirib

1960. İlk “Zaporojes” avtomobili konveyerdən çıxıb

1963. ABŞ prezidenti Con Kennedi Dallasda qətlə yetirilib

1968. Türkiyədə ilk dəfə ürək transplantasiyası həyata keçirilib. Xəstə əməliyyatdan sonra 18 saat yaşayıb

1972. Prezident Riçard Nikson Amerika vətəndaşlarının Çinə getməsini qadağan edən qanunu ləğv edib. Sözügedən qanun 22 il qüvvədə olub

1977. “Concorde” səsdənsürətli sərnişin təyyarəsinin Vaşinqton aeroportuna enməsinə rəsmən icazə verilib

1989. Müstəqillik bayramı zamanı təşkil edilən terror aktı nəticəsində Livan prezidenti Röne Muavad və onun əhatəsindəki 11 nəfər həlak olub

1990. 11 illik hakimiyyətdən sonra İngiltərənin baş naziri Marqaret Tetçer istefa verib

1995. Azərbaycan Respublikası Yamayka ilə diplomatik əlaqələr qurub

2003. Şevardnadze əleyhdarları Gürcüstan parlamentinə basqın edib. Həmin gün Şevardnadze ölkədə vəziyyətin gərgin olduğunu nəzərə alaraq fövqəladə vəziyyət elan edib

2004. Ukraynada “məxməri inqilab” başlayıb

2005. Angela Merkel Almaniyanın ilk qadın kansleri seçilib.

Günün aforizmi:

“Bəzi fransız və alman siyasətçilər belə hesab edirlər ki, hər iki ölkə eyni valyutadan istifadə etdiyindən heç vaxt bir-biriləri ilə mübahisəyə baş qoşmayacaqlar”.

Angela Merkelin “Le Monde” qəzetinə müsahibəsindən. 13.01.2007.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar