Baş Prokurorluq Çin vətəndaşının ölümü ilə bağlı rəsmi məlumat yaydı
19 noyabr 2010 17:48 (UTC +04:00)

Baş Prokurorluq Çin vətəndaşının ölümü ilə bağlı rəsmi məlumat yaydı

Lent.az-ın məlumatına görə, faktla bağlı cinayət işinin başlanması qeyd olunur.
Noyabrın 15-də 13 radələrində Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən "CBMİ" şirkətində mühəndis işləmiş, 1967-ci ildə Çin Xalq Respublikasının Jiangsu şəhərində anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin 16-cı kilometrində yerləşən yataqxanada yaşamış Quan Zhengquanın şirkətin quraşdırma emalatxanasında işləyərkən 7 mm qalınlığında, 8,5x3 metr ölçülü dəmir təbəqənin üstünə aşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılması və saat 17:00-da orada ölməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub. Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Qaradağ rayon şöbəsinə göndərilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb və Quan Zhengquanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar