Lənkəranda polisin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıldı
Lent.az-ın məlumatına görə, bəyanatda polis əməkdaşını bıçaqlayan şəxsin artıq yaxalandığı bildirilir.
Bəyanatda qeyd olunur ki, 2010-cu il noyabrın 18-də saat 17:00 radələrində Lənkəran şəhər rayon Polis Şöbəsinin sahə inspektoru Rufulla Nuriyev və əməliyyat müvəkkili Elman Fərəcov şəhər sakini Sücayət Quliyevin narkotik vasitə satması barədə Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında onun yaşadığı ünvanda olublar. Lənkəran şəhər sakini Kənan İsmayılovun həmin evin həyətindən çıxdığını görən polis əməkdaşları sonuncuya yaxınlaşaraq hansı məqsədlə oraya gəldiyini soruşublar. Bu zaman Kənan İsmayılova məxsus və evin yaxınlığında saxlanılan "VAZ 2106" markalı avtomaşında olan Etibar Babayev polis əməkdaşlarına yaxınlaşaraq onları təhqir edib, özündə olan bıçaqla Elman Fərəcovu vurmağa cəhd göstərib. Rufulla Nuriyev hadisənin qarşısını almaq istəyən zaman E.Babayev bıçaqla onun qarın nahiyəsinə vuraraq həyat və sağlamlığı üçün ağır xəsarət yetirib. Polis sahə inspektoru dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatı xilas olunub.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Babayev noyabrın 19-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

534