Bakıda yol qəzasında 4 piyada öldü: təkcə “Moskviç” ələ keçdi
19 noyabr 2010 13:21 (UTC +04:00)

Bakıda yol qəzasında 4 piyada öldü: təkcə “Moskviç” ələ keçdi

Lent.az-ın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda Zabrat-Kürdəxanı yolunda yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Valid Hacızadəni naməlum avtomobil vurub. Hadisədən sonra sürücü qəza baş vermiş ərazidən uzaqlaşıb. 45 yaşlı piyada isə ölüb.

Daha bir ölüm hadisəsi Binəqədidə baş verib. Saat 05 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub.

Aeroprt yolunda isə naməlum maşın 15-20 yaşlı oğlanı vurub öldürüb. Hadisə noyabrın 18-i saat 21 radələrində baş verib.

Səbail rayonu ərazisində isə Bakı şəhər sakini Taleh Əlizadə idarə etdiyi "Moskviç-Oda" markalı avtomaşınla Quba rayon sakini Solmaz Aslanovanı vurub. Nəticədə S.Aslanova hadisə yerindəcə keçinib.

Hadisələrlə bağlı aidiyyatlı qurumlar tərəfindən araşdırmalar aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar