Bloqqer Emin Milli də azadlığa buraxılıb
Bu barədə APA-ya onun vəkili İsaxan Aşurov məlumat verib. Vəkilin sözlərinə görə, Emin Milli bu gün Salyan rayon Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
E. Milli cəzasının yarısını çəkdiyi üçün məhkəmə belə bir qərar çıxarıb. Onun cəzasının çəkilməmiş hissəsi isə şərti cəza ilə əvəzlənib.
Qeyd edək ki, Emin Milli Salyan rayonunun Xələc qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində saxlandığı üçün onun işinə Salyan rayon Məhkəməsində baxılıb.
Xatırladaq ki, Emin Milli (Abdullayev) və Adnan Hacızadə və 2009-cu il iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Şikayət təmin olunmayıb və Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra kasasiya şikayəti verilib. Ali Məhkəmə də əvvəlki məhkəmə instansiyaların qərarını qüvvədə saxlayıb.
Ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin edib və Adnan Hacızadə vaxtından əvvəl azadlığa buraxılıb.

581