Bakı və Gəncədə qətllər törətməkdə təqsirləndirilən dəstənin məhkəməsində vəkillər çıxış edib
Çıxış edən 3 vəkil müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığını məhkəmə kollegiyasının nəzərinə çatdırdılar. Təqsirləndirilən şəxs Məharət İsmayılov isə əmlakının müsadirə olunması qərarının dəyişdirilməsini məhkəmədən xahiş etdi.
Vəkillərin əksəriyyəti çıxışa hazır olmadıqları üçün proses oktyabrın 25-ə təyin olundu.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən dəstə üzvlərindən İlham Şabanovun əmlakı müsadirə olunmaqla ömürlük, Anar Həsənova ömürlük, Səxavət Xudiyevə 15 il, Xəzər Kazımova 10 il, Məharət İsmayılova 4 il 6 ay, Bilal Verdiyevə 4 il 6 ay, Elim Şahmuradova 4 il, Nuru Atayevə 4 il, İlahibə Ələsgərova 3 il 6 ay, Zabit Abdinova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Xatırladaq ki, dəstə üzvləri qəsdən adam öldürmə, banditizm, qanunsuz odlu silah gəzdirmə və digər ağır cinayətlər törətməkdə təqsirləndirilirlər.
Natiq Qədimov

491