Günün tarixi
19 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1493. Dəniz səyyahı Xristofor Kolumb Puerto Riko adasını kəşf edib

1816. Varşava Universiteti təsis edilib

1896. Sovet marşalı Georgi Jukov anadan olub

1900. Bakı əhalisi və polisin fəaliyyətindən bəxş edən “Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti” filmi ilk dəfə nümayiş olunub

1917. Hind siyasətçisi İndira Qandi anadan olub

1946. Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edilib

1946. BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul edib

1969. Futbol ulduzu Pele Rio-de-Janeyronun Marakana stadionunda 1000-ci qolunu vurub

1977. Misir prezidenti Ənvər Sadat, İsrailə səfər etmiş ilk ərəb lider kimi tarixə düşüb

1979. Keçmiş SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva-Leninqrad reysi ilə hərəkətə başlayıb

1985. ABŞ prezidenti Ronald Reqan Cenevrədə sovet lideri Qorbaçovla görüşüb

1988. Azadlıq meydanında nümayiş vaxtı ilk dəfə ADR-in üçrəngli bayrağı qaldırılıb

1996. Azərbaycan Respublikası Fil Dişi Sahili ilə diplomatik əlaqələr qurub

2003. Bakıda Tramvay Parkının fəaliyyəti tam dayandırılıb. Səbəb kimi isə parkın elektrik enerjisinə görə borcunun olduğu göstərilib

2007. Türkiyə-Yunanıstan qaz kəməri Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılıb

2007. Bakıda Türk dövlət və cəmiyyətlərinin “XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı” başa çatıb, yekun bəyannamə qəbul olunub

2008. Haaqada “Azərbaycanın Holland dostları” cəmiyyəti təsis edilib.

2009. Moldova Azərbaycandakı səfirini geri çağırıb.

Günün aforizmi

“Mən tolerantlıq ifadəsini xoşlamıram, lakin bundan daha yaxşısını tapa bilməmişəm”.

İndira Qandi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar