Həmkəndlisinin başını kəsən 20 yaşlı oğlan tutulub
Bu barədə Lent.az-a Şəmkir Rayon Polis İdarəsindən məlumat verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini 1961-ci il təvəllüdlü Gülçiçək Məmmədovanın öz həmkəndlisi, 1990-cı il doğumlu Həsənov İlqar Yaşar oğlu tərəfindən öldürülməsi məlum olub və 20 yaşlı oğlan tutulub. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.
Qeyd edək ki, İ.Həsənov 49 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirib. O, G.Məmmədova ilə mübahisə etdikdən sonra evdəki güldanla qadının başına vurub. Daha sonra güldanın sınmış parçası ilə qadının başını kəsib. G.Məmmədova kəskin qanitirmədən evindəcə ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Nizam Rza

448