Bakıda 1 gündə 12 yol qəzası olub: 4 ölü, 12 yaralı - YENİLƏNİB
Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisələr nəticəsində 4 nəfər ölüb, 12 şəxs isə müxtəlif bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən hadisələrdən biri Xətai rayonu ərazisində baş verib. Noyabrın 17-də saat 18.15-də Xətai rayonu ərazisindəki Zığ yolu küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Mataya Bağırova vurulub. Nəticədə M.Bağırova hadisə yerində ölüb.
Daha bir hadisə isə Xəzər rayonu ərazisində baş verib. noyabrın 18-nə keçən gecə Mərdəkan yolunda Bakı şəhər sakini Qismət Həsənov idarə etdiyi “Toyota-Prado” markalı maşını yol kənarındakı dirəyə çırpıb. Qəza nəticəsində sürücü aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
Gecə saatlarında Bakı-Quba yolunda da piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib. 00 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Adil Babayev idarə etdiyi "Range Rover" markalı avtomaşınla 55-60 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Qəza yolun 7-ci kilometrliyində baş verib.
Bakı-Quba yolunun 9-cu kilometrliyində isə naməlum avtomobil hələlik şəxsiyyəti məüyyənləşməmiş kişini vurub. Həmin şəxs də ölüb.
Bütün hadisələrlə bağlı araşdırma aparılır.
Nizam Rza

Oxşar yazılar

DSX mayoruna hücum edən idmançıların həbs müddəti uzadıldı
30 aprel 2025 , 16:57
Əxlaqsızlıq yuvası təşkil edən ata-oğul saxlanıldı
30 aprel 2025 , 16:56
Aeroportda əcnəbinin cibindən 14 milyonluq qızıl tapıldı
30 aprel 2025 , 16:28
Lənkəranda 3 uşaq anası özünü asdı - YENİLƏNİB
30 aprel 2025 , 15:35
Cahangir Hacıyevin şəriki ilə bağlı ŞOK FAKTLAR: 600 milyon dollar...
30 aprel 2025 , 15:32
Jurnalist müharibədə həlak oldu
30 aprel 2025 , 14:50
Abşeronda evə gələn polislər oğru ilə QARŞILAŞDI: cibindən "lezva" çıxdı
30 aprel 2025 , 13:40