Bakıda məsciddə insident: 1 ölü
Noyabrın 17-də səhər saat 11.00 radələrində Bakının Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində Göy Məscidin qarşısında insident baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polislər məscidin qarşısında dilənçilik edən, ayaqları olmayan Qafar adlı şəxsi oradan aparmağa çalışıblar. Bu zaman məsciddəki möminlərlə polislər arasında insident yaranıb.
1935-ci il təvəllüdlü Ağasadıq adlı bir kişi isə polisin qarşısını kəsərək dilənçini aparmasına imkan verməyib. Nəticədə qarşıdurma yaranıb. Bir an sonra 75 yaşlı Ağasadıq kişi ürəyini tutaraq yerə yıxılıb və onun öldüyü məlum olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, polis bu şəxsi vurmayıb. Onun ölümünün səbəbləri aydınlaşdırılmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti ekspertizaya göndəriblər. Qafar adlı dilənçi isə polislər tərəfindən bölməyə aparılıb.
Nizam Rza

1302