Pakistan vətəndaşını döyərək soyanlar tutuldu
Noyabrın 13-də Lənkəran rayonunun Digah kəndi ərazisində kənd sakini Bilal Əliyev və Masallı rayon sakini Mustafa Səfərov Pakistan vətəndaşı Zülfüqar Əlirananı döyüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daha sonra Bilal Əliyev və Mustafa Səfərov Pakistan vətəndaşını bıçaqla hədələyərək 3000 dollar verməsini tələb edib, 1 ədəd mobil telefonunu, qızıl üzüyünü və 6 manatını ondan alıblar.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilal Əliyev və Mustafa Səfərov tutulublar.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilal Əliyev və Mustafa Səfərov tutulublar.
510