Şamaxıda 29 yaşlı oğlan öz boğazını kəsib
APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 9:00 radələrində Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.
Kənd sakini 1981-ci il təvəllüdlü Seyidov Cəsur Qoca oğlu yaşadığı evdə bıçaqla öz boğazını iki yerdən kəsib. Valideynləri hadisədən gec xəbər tutduğu üçün Cəsur Seyidov qanaxmadan huşunu itirib. O, təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə hazırda onun vəziyyəti ağırdır. Yaxınlarının sözlərinə görə, Cəsur Seyidov evlənmək üçün istədiyi qızı ona vermədikləri üçün intihara cəhd edib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

676