Öz soydaşını girov götürən azərbaycanlı məhkəmə qarşısında
APA-nın “Baltİnfo”ya istinadən xəbərinə görə, cinayət işi üzrə ittiham olunanlar arasında 42 yaşlı Azərbaycan vətəndaşı Mehman Tağıyevin də adı keçir.
İttihama əsasən, Mehman Tağıyev cinayətin iştirakçısı olan 7 nəfərlə birlikdə öz soydaşı olan iş adamını izləyib və bu il aprelin 21-də axşam saat 23:00 radələrində tapança ilə onu hədələyərək zorla “VAZ-210099” markalı avtomobilə əyləşdirərək Volokolamsk rayonunun Sıçevo qəsəbəsindəki mənzillərdən birinə aparıb. Cinayətkarlar orada sahibkarı ölümlə təhdid edərək, 500 min dollar müqabilində azadlığa buraxılacağını bildiriblər. Aprelin 22-də iş adamı pəncərənin açıq olmasından istifadə edərək həmin mənzildən qaça bilib və dərhal milisə müraciət edib.
Bir neçə gün sonra M.Tağıyev həbs olunub. Onun cinayət ortaqlarının şəxsiyyəti müəyyən olunub, onlar federal və beynəlxalq axtarışa veriliblər.

552