“Bakı gecələri”nin üçüncü konserti olacaq
13 noyabr 2010 18:50 (UTC +04:00)

“Bakı gecələri”nin üçüncü konserti olacaq

Lent.az-ın idarənin rəsmi saytına istinadən verdiyi məlumata görə, festivalın üçüncü konsert proqramı noyabr ayının 15-i Musiqili Komediya Teatrında baş tutacaq. Budəfəki konsert proqramında Manana, İzzət Bağırov, Elariz Məmmədoğlu, Nadir Bayramlı, Rüfət Axundov, Nurlan Əzizbəyli, Günel Məhərrəmli və başqaları iştirak edəcək.


İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcək.


Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri “online” səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.


Xatırladaq ki, “Bakı gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun “Taleyim” mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədov duetinin ifa etdiyi Murad Arifin “Sevdiyini söylə” mahnısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar